...

Əli Laricani yenidən İran parlamentinin spikeri seçildi

Siyasət Materials 28 May 2013 13:09 (UTC +04:00)
Bu gün Əli Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib.
Əli Laricani yenidən İran parlamentinin spikeri seçildi

Azərbaycan, Bakı, 28 may /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

Bu gün Əli Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib. Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

O, mümkün 252 səsdən 213-nü qazanıb, 26 deputat isə bitərəf qalıb.

Laricaninin rəqibi Əhmədi Bəxşeyişi Ərdəstani cəmi 13 səs qazana bilib.

Laricani ardıcıl iki il doqquzuncu çağırış İran parlamentinə rəhbərlik edəcək. O, bir il əvvəl parlament seçkilərindən sonra spiker seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti