...

Bolqarıstanda 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 29 May 2013 20:00 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada rəsmi qəbul təşkil olunub.
Bolqarıstanda 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada rəsmi qəbul təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 300 nəfər qonaq iştirak edib. İştirak edən qonaqlar arasında Bolqarıstanın ətraf mühit və su naziri U.Popov, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, nazir müavini general-polkovnik S.Semyonov, Bolqarıstan Çarı Semyon II (Baş nazir 2001-2005), Bolqarıstan Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin və digər nazirliklərin yüksək rütbəli nümayəndələri, Dövlət Mühafizə Xidmətinin nümayəndələri, Ali Kassasiya Məhkəməsinin və Konstitusiya Məhkəməsinin rəhbərləri və hakimləri, Bolqarıstan müsəlmanlarının baş müftisi M.A. Xadjı, Xalq Məclisinin məsul işçiləri, müxtəlif siyasi partiyaların nümayəndələri, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-in rəhbərləri və nümayəndələri, tanınmış iş adamları, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik kоrpusun və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, həmvətənlərimiz, Bolqarıstanda təhsil alan azərbaycanlı, türk tələbələr, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olub.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, habelə ölkəmizlə bağlı müxtəlif sənədli filmlər nümayiş etdirilib.

Tədbirdə Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti