...

Səfər Əbiyev Xorvatiyanın sabiq Prezidenti ilə görüşüb

Siyasət Materials 31 May 2013 16:53 (UTC +04:00)
Mayın 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçlə görüşü olub.
Səfər Əbiyev Xorvatiyanın sabiq Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Mayın 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.

Görüşdə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti