...

Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Milli Şurada vahid namizəd ideyasını mümkün hesab etmirlər

Siyasət Materials 6 İyun 2013 13:48 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Milli Şuranın vahid namizəd ideyasının baş tutacağını mümkün hesab etmirlər.
Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Milli Şurada vahid namizəd ideyasını mümkün hesab etmirlər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalifət partiyalarının rəhbərləri Milli Şuranın vahid namizəd ideyasının baş tutacağını mümkün hesab etmirlər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Trend-ə açıqlamasında qeyd edib ki, Milli Şurada vahid namizəd olmayacaq: "Çünki orada toplaşan insanlar öz ambisiyalarını təmin edə bilməyiblər".

Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olacağı barədə fikirlərə münasibət bildirən Əlizadə qeyd edib ki, əgər Rüstəm İbrahimbəyov vahid namizəd olarsa, bu, onun xalq arasında hörmətinin itməsinə səbəb olacaq.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Trend-ə açıqlamasında Milli Şurada vahid namizəd məsələsinin asan olmayaçağını bildirib: "Orada təmsil olunan liderlərin apardığı siyasi xətdən bilirəm ki, orada vahid namizəd məsələsini həll etmək o qədər də asan olmayacaq".

Hazırda Milli Şurada vahid namizəd məsələsində fikirayrılığının olduğunu qeyd edən Cəlaloğlu deyib ki, vahid namizədi müəyyən etməmişdən qabaq, ilk növbədə Milli Şuranın məqsədləri aydın olmalıdır ki, seçiləcək namizədin həmin məqsədləri yerinə yetirmək, rəhbərlik etmək gücünə, ağlına və təcrübəsinə malik olub-olmadığı bilinsin: "Misal üçün, Milli Şurada mənəvi tədbirlərin keçirilməsi məsələsini qoymaq olar. Bəli, Rüstəm İbrahimbəyov bunu bacarar, ancaq Rüstəm İbrahimbəyov siyasi mübarizəyə rəhbərlik edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti