...

TÜRKSOY-un Baş katibi: Türk dövlətlərinin diaspor təşkilatları birgə hərəkət etməlidirlər

Siyasət Materials 21 İyun 2013 14:27 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu türk diasporları birliyi baxımından çox önəmli hadisədir.
TÜRKSOY-un Baş katibi: Türk dövlətlərinin diaspor təşkilatları birgə hərəkət etməlidirlər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət /

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu türk diasporları birliyi baxımından çox önəmli hadisədir.

Bu barədə Trend-ə açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.

Onun fikrincə, türk dövlətləri diaspor təşkilatlarının birgə fəaliyyəti baxımından çox iş görməlidirlər:

"Biz təəssüf edirik ki, bu gün diasporlarla çox az işləyirik. Əməkdaşlığımızın bəzi örnəkləri var. Məsələn, biz dünyanın müxtləif ölkələrində Novruz bayramını birgə qeyd edirik. Amma sadəcə seyrci olaraq deyil, onların fəal olaraq iştirakçı olması lazımdır. TÜRKSOY da daxil olmaqla onların tanıtım məsələlərində daha effktiv rol oynamaları lazımdır."

TÜRKSOY-un Baş katibi hesab edir ki, Bakıda keçirilən forum bu yöndə öz töhfəsini mütləq verəcək:

"Mən deyərdim ki, artıq verir. Bu iki gün ərzində burada bir çox dostlarımla danışdım. Onlar da qeyd edirlər ki, türk dövlətlərinin diasporları birgə hərəkət etməli, bir-birlərinə dəstək olmalı, zəngin mədəniyyətimizi dünyaya tanıtmalıyıq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti