...

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşüb (FOTO)

Siyasət Materials 21 İyun 2013 15:17 (UTC +04:00)
İyunun 21-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun görüşü olub.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 21-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun görüşü olub.

Prezident İlham Əliyev və prezident Herman Van Rompuy əvvəlcə rəsmi foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin bu səfərinin ikitərəfli əməkdaşlığın daha da inkişafına xidmət etdiyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti