...

İlham Əliyev: Azərbaycan Avropa institutları tərəfindən enerji təhlükəsizliyi məsələlərində vacib tərəfdaş qismində nəzərdən keçirilir

Siyasət Materials 21 İyun 2013 15:49 (UTC +04:00)
Azərbaycan Avropa institutları tərəfindən enerji təhlükəsizliyi məsələlərində artıq vacib tərəfdaş qismində nəzərdən keçirilir.
İlham Əliyev: Azərbaycan Avropa institutları tərəfindən enerji təhlükəsizliyi məsələlərində vacib tərəfdaş qismində nəzərdən keçirilir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan Avropa institutları tərəfindən enerji təhlükəsizliyi məsələlərində artıq vacib tərəfdaş qismində nəzərdən keçirilir. Trend-in cümə günü Avropa Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy ilə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

Prezdentin sözlərinə görə, tərəflər görüşdə enerji təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə ediblər.

İlham Əliyev deyib: "Sonuncu görüşümüzdən etibarən bu sahədə çox mütərəqqi irəliləyiş müşahidə edilib. TANAP layihəsinin elan edilməsi "Cənub Qaz Dəhlizi"nin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Ümid edirəm ki, yaxın vaxtlarda qəbul ediləcək qərar Avropanın enerji xəritəsini tamamilə dəyişdirəcək bu vacib enerji layihələrinin həyata keçirilməsi üçün gözəl şərait yaradacaq".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Avropada uzunmüddətli, proqnozlaşdırılan qaz bazarı, Avropa isə Azərbaycandan uzunmüddətli dövr üçün, onilliklər müddətinə alternativ qaz mənbəyi əldə edəcək.

İlham Əliyev bildirib: "Bu sahədə sıx əməkdaşlıq, xüsusilə, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirildiyi dövrdə həyati əhəmiyyətlidir. Biz, həmçinin regional təhlükəsizlik, regional sabitlik məsələlərini müzakirə etdik. Azərbaycan regionda getdikcə daha sabitləşdirici rol oynayır və ümid edirəm ki, biz yaxın illərdə bir çox müsbət hadisələrin şahidi olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti