...

Türkiyədə PKK ilə mübarizə nəticəsində 6,2 mindən çox hərbçi ölüb

Siyasət Materials 24 İyun 2013 17:55 (UTC +04:00)
Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətə başladığı 1984-cü ildən etibarən PKK yaraqlıları ilə mübarizə nəticəsində ümumilikdə 6205 hərbi qulluqçu həlak olub.
Türkiyədə PKK ilə mübarizə nəticəsində 6,2 mindən çox hərbçi ölüb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətə başladığı 1984-cü ildən etibarən PKK yaraqlıları ilə mübarizə nəticəsində ümumilikdə 6205 hərbi qulluqçu həlak olub. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.

Nazirin sözlərinə görə, hərbçilərin ölümü ən çox Hakkari, Van, Şırnak, Bingöl və Elazığ vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti