...

Azərbaycan və Litva fövqəladə hallar zamanı əməkdaşlıq imkanlarını müzakirə ediblər (FOTO)

Siyasət Materials 3 İyul 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün Litvanın Baş naziri Alqirdas Butkyaviçyus Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu qəbul edib. Bu barədə Trend çərşənbə günü "Elta" agentliyinə istinadən məlumat verir.

Litva hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə ekstremal vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında imzalanmış ikitərəfli saziş, həmçinin iqtisadi əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Baş nazir deyib: "İkitərəfli ticarət və investisiyaların artmasına baxmayaraq, potensialdan tam istifadə edilməyib, buna görə də sahibkarları yüksək texnologiyalar, layihələndirmə və tikinti sahələrində fəal iştiraka dəvət edirik".

A.Butkyaviçyus, həmçinin Azərbaycan nümayəndələrini noyabrda Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" tədbirinə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti