Azərbaycan, Bakı, 7 iyul /Trend/
ABŞ Misirdəki hər hansı bir siyasi partiya və ya qrupa dəstək vermir və bu ölkədə davam edən zorakılıq hadisələrini qınayır.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların Prezidenti Barak Obama bildirib.
Ağ Evin açıqlamasına görə, Obama Beynəlxalq Təhlükəsizlik Şurası ilə telefon danışığında Misirdəki vəziyyəti müzakirə edib.
Açıqlamada ABŞ-ın Misirdə bəlli siyasi partiya və ya qrupları yönləndirdiyi ilə bağlı yanlış iddiaların ortaya atıldığı və bu iddiaların qəti bir şəkildə rədd edildiyi bildirilir.