...

Saakaşvili: Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisi iki ildən sonra başa çatacaq

Siyasət Materials 7 İyul 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun Gürcüstan hissəsinin tikinti işləri ilə tanış olub.

Trend-in məlumatına görə, Samtsxe-Cavaxeti regionunda tikinti işləri ilə tanış olan M.Saakaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması üçün hələ iki il də vaxt lazımdır: "Bu gün mən əmin oldum ki, bizim hissənin tikintisi nə bu il, nə də gələn il tamamlanacaq, yalnız iki ildən sonra başa çatacaq. Mən prezident kimi bu ilin sonunadək bu dəmiryolunun açılışını etmək niyyətindəydim, lakin təəssüf ki, bu olmayacaq".

Dövlət başçısı qeyd edib ki, faktiki olaraq, yeni dəmiryol London ilə Pekini birləşdirəcək və bu da Gürcüstan və regionun digər ölkələri üçün Avropaya yoldur.

M.Saakaşvili vurğulayıb ki, BTQ dəmiryolunun açılışının vaxtının dəyişdirilməsi iqtisadi layihələri, o cümlədən Əfqanıstandan ABŞ qoşunları və silahlarının bu yolla çıxarılması layihəsini poza bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti