Azərbaycan, Bakı, 8 iyul/Trend, müxbir S. Ağayeva/
Azərbaycan beynəlxalq müşahidəçiləri ölkədəki prezident seçkilərinə dəvət edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in sədri Leonid Kojar ilə Bakıda keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib.
Nazir deyib: "Beynəlxalq hüquqa əsasən, Azərbaycan ölkədə keçiriləcək prezident seçkiləri prosesini müşahidə etmək üçün bütün beynəlxalq təşkilatlara dəvət göncərəcək".
Azərbaycanda prezident seçkisinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.
Elmar Məmmədyarov: Azərbaycan beynəlxalq müşahidəçiləri ölkədəki prezident seçkilərinə dəvət edəcək