...

Türkiyə Misirdəki vətəndaşlarını təxliyyə edir

Siyasət Materials 8 İyul 2013 17:13 (UTC +04:00)
Türkiyənin Qahirədəki səfirliyi Misirdə olan Türkiyə vətəndaşlarının təxliyyəsinə başlayıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Türkiyə Misirdəki vətəndaşlarını təxliyyə edir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Qahirədəki səfirliyi Misirdə olan Türkiyə vətəndaşlarının təxliyyəsinə başlayıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Misirin paytaxtı Qahirədə sübh namazından sonra dövlət idarələrinin binalarının qarşısında etiraz aksiyaları keçirən Prezident Məhəmməd Mursinin 55 tərəfdarı hərbçilər tərəfindən öldürülüb.

Ötən çərşənbə günü Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidenti seçkilərinin keçiriləcəyinə dair söz veriblər.

Misirdə olan islamçılar bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti