...

Ərdoğan: İslam dünyasındakı problemlər müvəqqətidir

Siyasət Materials 21 İyul 2013 07:20 (UTC +04:00)
İslam dünyasında şahid olduğumuz problemlər müvəqqətidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İmam Xətib Liseylərinin Məzunları Dərnəyindəki iftar mərasimində deyib.
Ərdoğan: İslam dünyasındakı problemlər müvəqqətidir

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İslam dünyasında şahid olduğumuz problemlər müvəqqətidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İmam Xətib Liseylərinin Məzunları Dərnəyindəki iftar mərasimində deyib.

Suriyadakıların da ağır bir qətliama məruz qaldıqlarını bildirən Ərdoğan qeyd edib: "Misirdəki qardaşlarımız da ağır haqsızlığa qarşı mübarizə aparırlar. Əmin olun ki, bizim bu gün İslam dünyasında şahid olduğumuz problemlər, ağrı-acılar müvəqqətidir. İnşallah, bu imtahandan uğurla keçə bilsək, mütləq müsbət nəticəni görəcəyik".

Baş nazir zülmün uzun müddət davam etməyəcəyini bildirib:

"Səbr edən, imanını və ümidini mühafizə edən, Allahın hər an yanında olduğuna inanan birisi üçün zəfər mütləqdir. Məhz bunun üçün nə İslam coğrafiyasındakı, nə də öz ölkəmizdəki hadisələr qarşısında əsla ümidsiz qalmayacağıq. Biz şikayət edənlərdən də olmayacağıq. Biz İslam dünyasının vəziyyətinə baxıb ümidsizliyə düçar olmayacağıq".

Xəbər lenti

Xəbər lenti