...

Əli Həsənov: Prezident seçkiləri həmişə olduğu kimi, ədalətli, şəffaf keçəcək

Siyasət Materials 30 İyul 2013 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Builki prezident seçkiləri həmişə olduğu kimi, ədalətli, şəffaf keçəcək, ən layiqli namizəd qalib gələcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlarla əlaqədə seçki praktikasının təkmilləşdirilməsi, seçkilərin daha şəffaf, ədalətli keçirilməsi ilə bağlı beynəlxalq praktikanın tətbiqi sahəsində müəyyən işlər həyata keçirir: "ATƏT, Avropa Şurası, Avropa İttifaqının müvafiq strukturları ilə müəyyən işlər aparırıq".

Ə.Həsənov deyib ki, seçicilər öz iradələrini azad şəkildə ifadə edəcəklər və seçkilərin nəticələri qısa zamanda şəffaf şəkildə ümumiləşdirilib elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti