...

İman Nağıyev: Məhkəmə mübahisələri ən çox seçici imzalarının tanınması ilə bağlı olur

Siyasət Materials 1 Avqust 2013 11:14 (UTC +04:00)
Məhkəmələrə seçki hüququ ilə bağlı verilən şikayətlər zamanı seçki komissiyaları qəbul etdikləri qərarların düzgünlüyünü özləri sübut etməlidirlər.
İman Nağıyev: Məhkəmə mübahisələri ən çox seçici imzalarının tanınması ilə bağlı olur

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Məhkəmələrə seçki hüququ ilə bağlı verilən şikayətlər zamanı seçki komissiyaları qəbul etdikləri qərarların düzgünlüyünü özləri sübut etməlidirlər. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev bildirib.

DSK sədrləri qarşısında "Seçki hüququnun apellyasiya məhkəmə instansiyasında müdafiəsi (apellyasiya şikayəti, icraat qaydası, müddətlər, sübutlar, sübutetmə yükü və s.)" mövzusunda çıxış edən İman Nağıyevin sözlərinə görə, qanunverciliyə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə verilmiş şikayətlər üzrə baxılan işlərdə qərarın düzgünlüyünü sübutetmə vəzifəsi qərarı qəbul edən orqanın, yəni seçki komissiyalarının üzərinə düşür: "Belə ki, seçki hüququnun pozulması ilə bağlı şikayətlər 2012-ci ilin aprelinə qədər Mülki Prosessual Məcəlləyə əsasən araşdırılrdı. İndi isə bu məsələ İnzibati Prosessual Məcəllə isə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxlır. Qanunvericlikdə edilən dəyişikliyə görə, dairə və ya məntəqə seçki komissiyaları hər hansı qərar qəbul edirsə, şikayət verildiyi zaman məhkəmə prosesinin gedişində o aktın qanunauyğunluğunu məhz komissiyalar özləri sübut etməlidirlər."

Nağıyev qeyd edib ki, 2007-ci ildən fəaliyyətə başlayan Bakı Apelyasiya Məhkəməsinə seçki hüququ ilə bağlı 262 iş daxil olub. Onlar 2008-ci ildə keçirilmiş prezident, 2009-cu ildə keçirilmiş ümumxalq səsverməsi (referendum) və bələdiyyə seçkiləri, eləcə də 2010-cu ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olub: "Məhkəməyə 2008-ci ildə keçirilən prezident seçkilərində seçki hüququnun pozulması ilə bağlı 5, 2009-cu ildə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə əlaqədar keçirilən ümümxalq səsverməsi (referendum) ilə əlaqədar 3, bələdiyyələrə keçirilən seçkilərlə bağlı isə 16, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə 190 iş daxil olub. Bunlardan 160-na baxılaraq müvafiq qərarlar verilib, 25 iş isə şikayət zamanı prosessual qaydalara riayət edilmədiyindən icraata götürülməyərək geri qaytarılıb".

Məhkəmə sədri onu da bildirib ki, məhkəmə mübahisələri ən çox seçici imzalarının tanınması ilə bağlı olub və DSK sədrlərinə seçici imzalarının tanınması məsələsinə xüsusi diqqət yetirmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti