...

Egemen Baxış: "Ergenekon" işi üzrə hökmlər Türiyədə demokratiyanın inkişaf etdiyini sübut edir

Siyasət Materials 6 Avqust 2013 10:19
"Ergenekon" təşkilatının əlaqəsi olduğu hərbi çevrilişə cəhdlə bağlı iş çərçivəsində günahkarlara oxunan hökmlər Türkiyədə demokratiyanın inkişaf etdiyini sübut edir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış bildirib.
Egemen Baxış: "Ergenekon" işi üzrə hökmlər Türiyədə demokratiyanın inkişaf etdiyini sübut edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Tağıyeva/

"Ergenekon" təşkilatının əlaqəsi olduğu hərbi çevrilişə cəhdlə bağlı iş çərçivəsində günahkarlara oxunan hökmlər Türkiyədə demokratiyanın inkişaf etdiyini sübut edir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış bildirib.

"Məhkəmənin "Ergenekon" çərçivəsində qərarı habelə Türkiyə ilə Aİ arasında tamhüquqlu üzvlüyə dair məsələdə danışıqların davam etdirilməsinə kömək edir".

Nazirin sözlərinə görə, dünən Türkiyə məhkəməsi "Ergenekon"un terror təşkilatı olması barədə qərar çıxarıb və Türkiyədə və yaxud onun hüdudlarında kənarda heç kimin bu qərara qarşı çıxmaq hüququ yoxdur.

Avqustun beşində Türkiyə məhkəməsi ölkənin Baş qərargahının 70 yaşlı sabiq rəhbəri İlker Başbuğu "Ergenekon" təşkilatının hərbi çevrilişə cəhdlə bağlı iş çərçivəsində ömürlük həbs cəzasına məhkum edib.

Başbuğla birgə bir sıra yüksək çinli Türkiyə hərbçiləri də ömürlük həbs cəzasına məhkum ediliblər. 150-yə yaxın hərbi qulluqçu, jurnalist, yazıçı və hüquqşünas müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə 2003-cü ildə hərbi çevriliş cəhdində iştirak edən "Ergenekon" təşkilatını terror təşkilatı hesab edib. Çevrilişə cəhdlə bağlı iş çərçivəsində 21 nəfər bəraət alıb.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmaq üzrə kampaniyanın təşkili haqqında iş artıq bir neçə ildir ki, davam edir. General Başbuğ 2010-cu ildə istefaya gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti