...

Araz Əlizadə: Rüstəm İbrahimbəyov prezident seçkilərinə elə yanaşır ki, elə bil ssenari yazır

Siyasət Materials 7 Avqust 2013 12:56 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri hesab edir ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlıq məsələsini həll etsə belə, heç nə dəyişməyəcək.
Araz Əlizadə: Rüstəm İbrahimbəyov prezident seçkilərinə elə yanaşır ki, elə bil ssenari yazır

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri hesab edir ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov ikili vətəndaşlıq məsələsini həll etsə belə, heç nə dəyişməyəcək.

ASDP Araz Əlizadə Trend-ə açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov namizəd olsa belə, heç kim ona səs verməyəcək: "Rüstəm İbrahimbəyov guya pasport məsələsini həll etsə nə dəyişəcək? Siz inanırsınız ki, kimsə prezident seçkilərində ona səs verəcək? Onu tanısa-tanısa Bakıda bir neçə faiz əhali tanıyır. Məgər onun hesabına prezident seçiləcək?"

A.Əlizadənin sözlərinə görə, Rüstəm İbrahimbəyov prezident seçkilərinə elə yanaşır ki, elə bil ssenari yazır: "Əvvəl bir söz deyir, sonra deyir yox, fikrimi dəyişdim. Götürür təzədən ayrı mətn yığır. Dəfələrlə bir-birinə zidd fikirlər söyləyib, yalan danışıb".

ASDP sədri onu da əlavə edib ki, Milli Şuranın taleyi əvvəldən məlum idi: "Mən hələ Milli Şura yarananda demişdim ki, Milli Şura ölü doğulmuş bir uşaqdır. Bunların bütün cəhtləri ondan ibarətdir ki, camaata göstərsinlər ki, guya bunlar birləşirlər. Bu da ancaq nəyinsə xətrinə idi. Bir adam tapmışdılar vahid namizəd kimi, onu vermişdilər qabağa, özləri gizlənmişdilər arxasında".

Əlizadənin sözlərinə görə, bu sadəcə bir görüntü idi: "Əsl birləşmək başqa cür olur. Görüntü naminə birləşməyin heç bir mənası yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti