...

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 2-ci toplantısı öz işinə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 14 Avqust 2013 09:29 (UTC +04:00)
Bakıda çərşənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısı öz işinə başlayıb.
Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 2-ci toplantısı öz işinə başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısı öz işinə başlayıb.

Trend-in məlumatına görə, toplantıda 18 ölkədən 50 nəfər gənc siyasətçi iştirak edir. Tədbirdə İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər - Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose De Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAPP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Taylandın nümayəndəsi Naline Tavesin iştirak edirlər.

İCAPP-ın həmtəsisçisi Xose De Venesia Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşdiyini bildirərək bu tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, cəmiyyətdə sosial ədalətin bərqərar olunması istiqamətində gənclərin fəaliyyəti vacibdir və onlar bu prosesə ciddi tövfə verməlidirlər: "Biz çalışmalıyıq ki, əhalinin imkanlı təbəqəsi ilə nisbətən yoxsul şəxsləri arasında körpü yaradaq, eyni zamanda yoxsulların zəngilləşməsinə çalışaq".

Bu istiqamətdə Azərbaycanın çox böyük nailiyyətlərə imza atdığını bildirən Xose De Venesia ölkədə yoxsulluğun səviyyəsinin minimum həddə enməsini xüsusi vurğulayıb və qeyd edib ki, ötən dövr ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib.

Toplantıda Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunur. Toplantıda, həmçinin İCAPP Gənclər Qolunun rəhbər strukturlarına seçkilər keçiriləcək. Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsinin qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti