...

Araz Əlizadə: Milli Şurada olanlar o qədər "birləşiblər" ki, heç bir-birlərinin çıxışlarına qulaq asmaq istəmirdilər

Siyasət Materials 19 Avqust 2013 16:26 (UTC +04:00)
Rüstəm İbrahimbəyov açıq şəkildə sübut etdi ki, xalq onun üçün kütlədir, "massovka"dır.
Araz Əlizadə: Milli Şurada olanlar o qədər "birləşiblər" ki, heç bir-birlərinin çıxışlarına qulaq asmaq istəmirdilər

Azərbaycan, Bakı, 19 avqust / Trend, müxbir M.Əliyev/

Rüstəm İbrahimbəyov açıq şəkildə sübut etdi ki, xalq onun üçün kütlədir, "massovka"dır. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən deyib.

A.Əlizadə bildirib ki, mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, "Milli Şura"da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, "Milli Şura"da ailə müxalifəti təmsil olunur.

Partiya sədri qeyd edib ki, İbrahimbəyov ümidini xalqa bağlamayıb: "Çünki namizədliyi irəli sürülərkən xalqla təmasda olmaqdansa, xalqa ümidini bağlamadansa ABŞ-a, Avropaya, Rusiyaya getdi. Onlar elə bildilər ki, nə desələr, xalq onu edəcək, xeyr, elə deyil. Xalqın şüuru, özünə hörməti var və xalq onları qəbul etmir. Onlar artıq xalq üçün yabancıdırlar".

Əlizadə deyib ki, onlar hamısı vaxtı ilə siyasətdə vurulmuş insanlardır, vurulmuş kartlardır: "İndi bunlar özlərini "tuz" kimi göstərmək istəyirlər. Daim xalqı aldadıblar, zərbə altında qoyublar, hər zaman xalqdan istifadə ediblər".

ASDP sədri vurğulayıb ki, onlar hətta bir-birlərinə qulaq asmaq da istəmirlər: "Maraqlısı odur ki, mitinqdə Əli Kərimliyə söz veriləndə, orada ümumiyyətlə 350-400 adam qalmamışdı. Yəni onar o qədər "birləşiblər" ki, heç bir-birlərinə qulaq da asmaq istəmirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti