...

Milli Şuranın sessiyasında müzakirələr nəticəsiz başa çatıb

Siyasət Materials 19 Avqust 2013 21:51 (UTC +04:00)
Bu gün Milli Şuranın sessiyasında qurumun vahid namizədi yenə müəyyənləşməyib və müzakirələr nəticəsiz başa çatıb.
Milli Şuranın sessiyasında müzakirələr nəticəsiz başa çatıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Şuranın sessiyasında qurumun vahid namizədi yenə müəyyənləşməyib və müzakirələr nəticəsiz başa çatıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, müzakirələr zamanı gərginlik yarandığından və konkret mövqeyə gəlinmədiyindən Milli Şuranın növbəti sessiyasında qurumun daha bir əlavə namizədinin olması barədə yenidən müzakirələr aparılacaq.

Milli Şura daxilində qarşılıqlı inamsızlığın mövcud olması tərəflərin qarşıdan gələn prezident seçkilərilə əlaqədar digər məsələlərdə də razılıq əldə etməsinə mane olub.

Milli Şura daxilində narazılıq hətta o həddə çatıb ki, Müsavat Partiyası ilə AXCP-nin tərəfdarları arasında gərginlik yaşanıb.

Belə ki, sessiyada Müsavatın vahid namizədlə bağlı təklifini israrla qəbul etməyən AXCP müsavatçıları sinirləndirib. Fasilə zamanı dəhlizdə özünü müsavatçı kimi qələmə verən bir şəxs AXCP sədri Əli Kərimlini nalayiq sözlərlə təhqir edib. AXCP üzvləri isə onun ifadələrinə adekvat cavab verib və mübahisə davaya çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti