...

Ceyhun Osmanlı: Cəmil Həsənlinin ehtiyat namizəd kimi irəli sürülməsi gecikmiş qərardır

Siyasət Materials 24 Avqust 2013 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend, müxbir M.Əliyev/

Cəmil Həsənli ola bilər ki, yaxşı tarixçidir, amma tarixçi olmaq hələ lider olmaq demək deyil. Bunu şənbə günü Trend-ə deputat Ceyhun Osmanlı Milli Şuranın ehtiyat vahid namizədinin müəyyənləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

C.Osmanlı hesab edir ki, Cəmil Həsənlinin yaxşı tarix kitabları var, lakin onun idarəçiliklə bağlı fəaliyyətini görməmişik: "Adi bir işçini işə götürəndə onun tərcümeyi-halına baxırlar və Azərbaycan vətəndaşı da bu sual edir ki, onun idarəçilikdə hansı təcrübəsi var".

Deputatın fikrincə, Cəmil Həsənlinin ehtiyat namizəd kimi irəli sürülməsi istənilən halda gecikmiş qərardır: "Çünki artıq bu məsələdə müxalifət gecikib və artıq müxalifət namizədi çox böyük hesabla iqtidarın namizədinə uduzub. Necə ki, İsa Qəmbər, Əli Kərimli öz fiaskolarını ört-basdıq etmək üçün, bu seçkidə də biabırçı nəticə ilə insanların yadında qalmamaq üçün Rüstəm İbrahimbəyovdan bir çox məqamlarda istifadə etdilər ki, sonra "onların özlərinin namizəd olduğu halda seçkidə udacaqları" kimi bəhanə gətirsinlər. Faktiki olaraq Rüstəm İbrahimbəyov bu məsələdə biabır oldu, indi isə İsa Qəmbər və Əli Kərimli Cəmil Həsənlini ortaya ataraq ondan istifadə edib, öz məqsədlərinə nail olmaq istəyirlər".

C.Osmanlı hesab edir ki, artıq bu qurum öz qeyri-ciddi fəaliyyəti ilə özünü gözdən salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti