...

ƏDL Suriyaya hərbi müdaxilə məsələsinə baxmayacaq

Siyasət Materials 2 Sentyabr 2013 00:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Qahirədə toplaşmış Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri Suriyaya hərbi müdaxilə məsələsilə bağlı hansısa sənəd üzərində işləmir. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

"Görüşlər çərçivəsində Suriyaya hücumla bağlı ABŞ-a mandat verəcək sənəd hazırlanmır. Lakin XİN rəhbərləri BMT TŞ-ni Suriya rejimi tərəfindən törədilmiş cinayətlərə qarşı sərt addımlar atmağa çağırır" - deyə məlumatda bildirilir.

Xəbərdə deyilir ki, Suriyaya hərbi müdaxiləyə qarşı Misir və İraq çıxır, onları ƏDL-in baş katibi Nabil əl-Ərəbi dəstəkləyir. Səudiyyə Ərəbistanı və Qətər isə sərt addımların atılmasına çağırışlar edir.

Xəbər lenti

Xəbər lenti