...

Cəlilabadda "Fidan" körpələr evi-uşaq bağçası istifadəyə verilib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2013 16:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Cəlilabadda "Fidan" körpələr evi-uşaq bağçası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda "Fidan" körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən yüksək diqqət göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq bağçaları və körpələr evlərinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu da öz töhfəsini verir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

Azərbaycan Prezidenti binada yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr vardır.

Məlumat verildi ki, binanın inşasına bu ilin fevralında başlanılmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq vardır. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilmişdir. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcəkdir. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilmişdir. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılmışdır. Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılmış, ətrafda geniş abadlıq işləri aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti