...

Araz Əlizadə: Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib

Siyasət Materials 5 Sentyabr 2013 14:55 (UTC +04:00)
Milli Şurada Eldar Namazovun və ayrılarının nüfuzu heçə enib və Milli Şura yenə də iki partiyanın, AXCP ilə Müsavatın birliyinə çevrilib. Bu barədə Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığı şərh edərkən deyib.
Araz Əlizadə: Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şurada Eldar Namazovun və digərlərinin nüfuzu heçə enib və Milli Şura yenə də iki partiyanın, AXCP ilə Müsavatın birliyinə çevrilib. Bu barədə Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığı şərh edərkən deyib.

A.Əlizadə hesab edir ki, bu səbəbdən də Milli Şura ilə "EL"hərəkatı arasında narazılıq yaranıb.

ASDP sədri vurğulayıb ki, Milli Şura bir-birilərini gözü götürməyən, bir-birilərinə nifrət edən insanların yığıncağıdır: "Onların bir yerə yığışmalarının bir məqsədi var idi və həmin məqsəd ondan ibarət idi ki, himayədarları birləşməyi tapşırmışdı".

A.Əlizadənin fikrincə, bu insanlar da ona görə birləşmişdilər ki, Rüstəm İbrahimbəyov onlar üçün yaxşı namizəd idi: "Yəni bilirdilər ki, Rüstəm İbrahimbəyov keçməyəcək və bunların özləri seçkilərdə iştirak edəcəklər. Amma məsələ burasındadır ki, himayədarlar yenə tələb etdilər ki, hər halda vahid namizəd ilə seçkiyə getməlisiniz. O zaman elə bir namizəd tapdılar ki, mən buna "aldanmış kəvakib" deyirəm və bunlar da bunu salıblar ortaya oynadırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti