...

Baş katib: GUAM Azərbaycanda prezident seçkilərinin qısamüddətli müşahidəsi üçün missiya formalaşdırır

Siyasət Materials 6 Sentyabr 2013 14:12 (UTC +04:00)
"GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat" Azərbaycanda prezident seçkilərinin qısamüddətli müşahidəsi üçün missiya formalaşdırır.
Baş katib: GUAM Azərbaycanda prezident seçkilərinin qısamüddətli müşahidəsi üçün missiya formalaşdırır

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

"GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat" Azərbaycanda prezident seçkilərinin qısamüddətli müşahidəsi üçün missiya formalaşdırır. Bu barədə cümə günü Trend-ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

Baş katib bildirib: "Təşkilatımızda belə bir təcrübə yaranıb: ölkələrin dəvəti üzrə GUAM Parlament Assambleyası seçkiləri müşahidə edir. Bu baxımdan Azərbaycandakı prezident seçkiləri də istisna təşkil etməyib. Biz oktyabrın 9-da Bakıya gələcəyik".

V. Çeçelaşvili qeyd edib ki, lakin təşkilatın resursları məhdud olduğundan ölkələrdə seçkiqabağı monitorinqlə məşğul olmur.

Onun sözlərinə görə, təşkilat seçki günündə seçki prosesinin bilavasitə müşahidə missiyası ilə məşğul olur.

GUAM Parlament Assambleyasının nümayəndə heyəti oktyabrın 7 və ya 8-i Bakıya gələcək, seçki günü monitorinq aparacaq, oktyabrın 10-da, səhər saatlarında mətbuat konfransı keçirəcək. Mətbuat konfransında bilavasitə seçki günü aparılan müşahidə üzrə müvafiq nəticələr təqdim ediləcək.

Hazırda müşahidə missiyasının tərkibi formalaşdırılır. Missiyaya GUAM ölkələrinin parlament nümayəndə heyətlərinin nümayəndələri daxil olacaqlar.

Missiya mümkün qədər çox seçki məntəqəsinə baş çəkmək üçün 2-3 qrupa bölünəcək.

Baş katib deyib ki, Gürcüstan nümayəndə heyətinə ölkə parlamentinin vitse-spikeri və GUAM PA-nın hazırkı sədri Zurab Abaşidze rəhbərlik edəcək: "Moldova və Ukrayna nümayəndə heyətləri isə hələ formalaşdırılmayıb. Missiya Bakıda fəaliyyət göstərəcək. Regionlara səfərlər də istisna edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti