...

GUAM XİNŞ BMT-dəki daimi nümayəndələrin uzunsürən münaqişələr haqqında irəli sürülən qətnaməsini dinləyəcək

Siyasət Materials 6 Sentyabr 2013 15:47 (UTC +04:00)
GUAM XİN rəhbərləri təşkilat ölkələrininin BMT-də olan daimi nümayəndələrininin həlli yubanan münaqişələr haqqında irəli sürüləcək qətnamə üzrə görülən işlər barədə hesabatı dinləcəyək.
GUAM XİNŞ BMT-dəki daimi nümayəndələrin uzunsürən münaqişələr haqqında irəli sürülən qətnaməsini dinləyəcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir S.Ağayeva/

GUAM XİN rəhbərləri təşkilat ölkələrininin BMT-də olan daimi nümayəndələrininin həlli yubanan münaqişələr haqqında irəli sürüləcək qətnamə üzrə görülən işlər barədə hesabatı dinləcəyək.

"GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat"ının Baş katibi Valeri Çeçelaşvili cümə günü Trend-ə açıqlamasında bildirib: "GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti iclası sentyabrın 26-da Nyu-Yorkda baş tutacaq".

Çeçelaşvili deyib: "GUAM XİNŞ-nın iclasında təşkilata üzv ölkələrin BMT-də olan daimi nümayəndələrininin "GUAM ərazisində həlli yubanan münaqişələr və onların beynəlxlaq sülh və təhlükəsizliyə təsiri" haqqında irəli sürüləcək qətnamə üzrə görülən işlər barədə hesabatı dinləniləcək.

Onun sözlərinə görə, layihənin mətni təşkilatın BMT-ın Baş Assambleyasında qətnamənin irəli sürülməsi zamanı səslərinə güvəndiyi tərəfdaş ölkələrlə məsləhətləşmələr nəzərə alınmaqla təşkilata üzv ölkələr arasında razılaşdırılıb.

Diplomat vurğulayıb: "Bu mərhələdə bizim BMT-dəki daimi nümayəndələrimiz müxtəlif qrup ölkələrlə fəal şəkildə işləyirlər. Bu sənəd qarşılıqlı siyasi fəaliyyət sahəsində bizim əməkdaşlığımızın əsas komponentlərindən biri olduğuna görə nazirlər hesabatı dinlədikdən sonra onlar müvafiq olaraq öz məsləhətlərini hazırlayacaqlar".

Çeçelaşvilinin sözlərinə görə, hazırda GUAM-a sədrlik edən Gürcüstanın BMT-dəki daimi nümayəndəliyi GUAM XİN rəhbərlərinin görüşünün təşkil olunması ilə məşğul olur. Yalnız Nazirlər Şurasının görüşü deyil, həm də "GUAM+" formatında da görüşlərin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti