...

İƏT-in Elm Fondunun prezidenti Azərbaycanın Pakistandakı səfiri ilə elmi əməkdaşlığı müzakirə edib

Siyasət Materials 7 Sentyabr 2013 14:13 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Elm Fondunun prezidenti, professor Mansur Sumro Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşüb.
İƏT-in Elm Fondunun prezidenti Azərbaycanın Pakistandakı səfiri ilə elmi əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Əhmədova/

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Elm Fondunun prezidenti, professor Mansur Sumro Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşüb. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Səfir D.Şikarov professor Mansur Sumroya səfirliyi ziyarət etdiyi üçün təşəkkür edib.

Professor M.Sumro səfir D.Şikarovu təşkilatın fəaliyyəti barədə məlumatlandırıb və səfiri Fondun fəaliyyətinə dair gələcək planlarının həyata keçirilməsində ölkəsinin əməkdaşlığını genişləndirməyə çağırıb.

Səfir D.Şikarov bütün bəşəriyyətin sosial-iqtisadi rifahı naminə regional təşkilatın üzv ölkələri arasında elmi əməkdaşlğın təşviqində professor M.Sumronun xüsusi marağını yüksək qiymətləndirib.

Görüşdə M.Sumro sözügedən təşkilata üzv ölkələr arasında elmi əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini vurğulayıb. O, təşkilata üzv ölkələr arasında elmi təcrübə mübadiləsinin bu baxımdan irəliləmək üçün ilk addım ola biləcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti