...

ABŞ-ın Azərbaycandakı səfiri bəzi siyasi partiyaların nümayəndələri ilə görüşüb

Siyasət Materials 11 Sentyabr 2013 14:37 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların nümayəndələri ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfiri bəzi siyasi partiyaların nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə, "El" hərəkatının sədri Eldar Namazov, "ReAL" hərəkatının sədr müavini Erkin Qədirli, Liberal Demokrat Partiyanın sədri Fuad Əliyev iştirak ediblər. Görüşdə gündəlik məsələlər müzakirə olunub.

Qeyd olunub ki, ABŞ səfiri müntəzəm olaraq ölkədə ən böyük siyasi partiyaların nümayəndələri ilə görüşür və Azərbaycanda siyasi mühitlə daha ətraflı tanış olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti