...

Prezident seçkisi günü "ekzit-pol"un keçirilməsi ilə bağlı tender elan edilib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2013 17:41 (UTC +04:00)
QHT Əməkdaşlıq Alyansı 9 oktyabr Prezident seçkisi günü "ekzit-pol"un keçirilməsi ilə bağlı tender elan edib. Bu barədə Trend-ə Alyansdan məlumat verilib.
Prezident seçkisi günü "ekzit-pol"un keçirilməsi ilə bağlı tender elan edilib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

QHT Əməkdaşlıq Alyansı 9 oktyabr Prezident seçkisi günü "ekzit-pol"un keçirilməsi ilə bağlı tender elan edib. Bu barədə Trend-ə Alyansdan məlumat verilib.

Məlumatda deyilir ki, ekzit-pol" (exit-poll) tədqiqatı seçkilərin şəffaflığı və qiymətləndirilməsi baxımından son dərəcə əhəmiyyətli sosioloji tədqiqatdır. Seçkinin və səsvermə prosesinin şəffaflığı baxımından "ekzit-pol"un keçirilməsinə vətəndaş cəmiyyəti sektorunun cəlb edilməsi seçkinin ədalətli nəticələri, bu nəticələrin qəbul edilməsi üçün çox böyük əhəmiyyət daşıyır.

QHT Əməkdaşlıq Alyansı seçki günü 125 seçki dairəsinin 5273 seçki məntəqəsində "ekzit-pol"un aparılmasını nəzərdə tutur.

Sentyabrın 19-dan sentyabrın 22-si saat 18:00-a kimi "ekzit-pol"un aparılmasında təcrübəsi olan QHT-lər Alyansın icra katibliyinə müraciət edə bilər. Elan olunan tarixdən sonra müraciətlər qəbul edilməyəcək. QHT Əməkdaşlıq Alyansı müraciət edən təcrübəli təşkilatların resurslarından yararlanaraq, böyük bir komanda formalaşdıraraq "ekzit-pol"un keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı ötən ilin noyabr ayından 2013-cü il prezident seçkisinin monitorinqini aparır. "Siyasi partiyaların resurslarının öyrənilməsi" ilə bağlı geniş tədqiqat aparılıb və aparılan monitorinq 3 ay davam edib. Nəticələr 2013-cü ilin yanvar ayında ictimaiyyətə açıqlanıb. Hazırlanan monitorinq hesabatı həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara təqdim edilib. Hesabat ictimai rəydə rəğbətlə qarşılanıb və hazırlanan monitorinq hesabatı obyektiv sənəd kimi qəbul edilib. Daha sonra isə Alyansın ekspert qrupu uzunmüddətli müşahidə əsasında "seçkiöncəsi vəziyyətin qiymətləndirilməsi" ilə bağlı geniş təhlilli açıqlama hazırlayıb. Bu təhlil də ictimaiyyətə təqdim edilib və sənəd ictimai rəydə müsbət qarşılanıb.

Hazırda QHT Əməkdaşlıq Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili" layihəsi davam edir. Layihənin icra planına uyğun olaraq, monitorinqin I mərhələsi yekunlaşıb və bununla bağlı Alyansın hesabatı ictimaiyyətə təqdim edilib. Monitorinqin II mərhələsi hazırda davam edir. Bu mərhələdə Bakı və Abşeron bölgəsi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla daha 5 region əhatə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti