...

Hafiz Paşayev: Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə qardaşlığı tarixində əhəmiyyətli rola malikdir (FOTO)

Siyasət Materials 20 Sentyabr 2013 10:34 (UTC +04:00)
Bu gün Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” adlı konfrans keçirilib.
Hafiz Paşayev: Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə qardaşlığı tarixində əhəmiyyətli rola malikdir (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" adlı konfrans keçirilib.

ADA-nın Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Emre Türk Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi konfransda Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən H.Paşayev konfransın vacibliyini vurğulayaraq Türkiyənin Azərbaycana göstərdiyi köməyin əhəmiyyətindən danışıb. H.Paşayev qeyd edib ki, Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə qardaşlığı tarixində əhəmiyyətli rola malikdir.

Daha sonra tədbirdə çıxış edən Alper Coşkun qeyd edib ki, Qafqaz İslam Ordusu Türkiyə ilə Azərbaycan arasında qardaşlığın ən mühüm təzahurlərindən biridir. Səfir bu tarixin gənc nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, tədbirdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, keçdiyi döyüş yolunu geniş əhatə edən sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, konfrans 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin 95-ci ildönümünə həsr olunub. Konfransdan əvvəl,16-20 sentyabr tarixlərində ADA tələbələri kampusda təşkil edilmiş "Qafqaz İslam Ordusu və Bakının işğaldan azad edilməsi - 95" adlı sərgi ilə tanış olublar.

Konfrans zamanı panel müzakirələrlə yanaşı, "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" adlı inşa müsabiqəsi və müsabiqənin şərtləri elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti