...

QHT Əməkdaşlıq Alyansının seçki günü keçirəcəyi "ekzit-pol"la bağlı tenderin qalibi məlum oldu (FOTO)

Siyasət Materials 24 Sentyabr 2013 16:56 (UTC +04:00)
QHT Əməkdaşlıq Alyansının prezident seçkisi günü "ekzit-pol"un aparılması ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.
QHT Əməkdaşlıq Alyansının seçki günü keçirəcəyi "ekzit-pol"la bağlı tenderin qalibi məlum oldu  (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.Mehdiyev/

QHT Əməkdaşlıq Alyansının prezident seçkisi günü "ekzit-pol"un aparılması ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.

Alyansdan Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Alyans "ekzit-pol" sahəsində təcrübəsi və resursları olan QHT-lər üçün tender elan etmişdi. QHT-lər üçün elan olunan tenderdə 9 təşkilat iştirak edib.

Tenderdə iştirak edən təşkilatların sənədləri, təcrübələri, kampaniyanın aparılması ilə bağlı resursları müzakirə edilib və "Proqnoz" Müstəqil Sosioloji Araşdırmalar Mərkəzi tenderin qalibi olub. Artıq "ekzit-pol"un təşkili istiqamətində müvafiq işlər həyata keçirilir. Yaxın günlərdə isə "ekzit-pol"çular üçün treninqlərin keçirilməsinə başlanılacaq. Treninqlər Alyansın ekspertləri və yüksək səviyyəli mütəxəssislər tərəfindən aparılacaq.

QHT Əməkdaşlıq Alyansının həyata keçirdiyi "ekzit-pol"un 125 dairədə keçirilməsi qərara alınıb. Bütün dairələrin əhatə edilməsi ilə şəffaf seçkilərin keçirilməsinə böyük töhfə veriləcək. "Ekzit-pol"da digər təcrübəli təşklatların imkanlarından və resurslarından da istifadə ediləcək. Bunun üçün tenderdə iştirak edən, lakin qalib olmayan, eləcə də tenderdə obyektiv səbəblərdən iştirak edə bilməyən təşkilatlarla da müzakirələr aparılıb. Bunun əhəmiyyəti ən kiçik nüansların belə nəzərə alınması, təcrübələrin öyrənilməsi və prosesin imkanlarının genişləndirilməsidir. "Ekzit-pol"un əhəmiyyəti seçkilərin şəffaflığı ilə yanaşı, seçicilərin səsvermə hüquqlarının qorunması baxımından da olduqca böyükdür.

Xatırladaq ki, QHT Əməkdaşlıq Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili" layihəsi davam edir. Monitorinqin 2-ci mərhələsində 3 region üzrə monitorinqlər yekunlaşdırılıb.

Hazırda monitorinq Bakı və Abşeron ərazisində davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti