...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 29 Sentyabr 2013 13:20 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda "Demokratik Qüvvələrin Milli Şurası"nın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri və Azərbaycan Demokrat, Milli Dirçəliş Hərəkatı və Ümid partiyalarından seçkilərdə vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova komissiyaya həmin şəxslərlə bağlı təqdim olunan sənədlər haqqında məlumat verdikdən sonra müvafiq qərarlar qəbul olunub.

Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti