...

İran parlamentinin nümayəndələri Ruhaninin BMT-dəki mövqeyini dəstəkləyir

Siyasət Materials 1 Oktyabr 2013 16:10 (UTC +04:00)
İran parlamentinin 230 nümayəndəsi bəyanat yayaraq Prezident Həsən Ruhaninin Nyu-Yorkda Beynəlxalq Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı sərgilədiyi mövqeni dəstəklədiklərini bildirib.
İran parlamentinin nümayəndələri Ruhaninin BMT-dəki  mövqeyini dəstəkləyir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran parlamentinin 230 nümayəndəsi bəyanat yayaraq Prezident Həsən Ruhaninin Nyu-Yorkda Beynəlxalq Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı sərgilədiyi mövqeni dəstəklədiklərini bildirib.

Trend-in YJC xəbər saytına (Young Journalists Club) istinadən verdiyi məlumata görə, İran parlamentinin nümayəndələri H.Ruhaninin BMT-dəki nitqini məntiqli və həlledici bir çıxış kimi dəyərləndirərək bildiriblər ki, bu çıxış və mövqe İslam İnqilabının dəyərlərinə uyğun bir mövqe idi: "Həsən Ruhani çıxışı zamanı İranı islami, sülhsevər, müzakirə tərəfdarı, regional və beynəlxalq problemlərin həlli üçün əməkdaşlıq edə biləcək bir ölkə kimi tanıtdı. Buna görə biz ona minnətdarıq".

Bəyanatda deyilir: "Ümid edirik ki, İrana qarşı sanksiyalar tətbiq etmiş ölkələr onu ləğv edəcək, İran xalqının hüquqlarını tanıyacaq və ona hörmətlə yanaşacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti