...

Netanyahu İranı Suriyada günahsız insanların qətlə yetirilməsində də təqsirli bilir

Siyasət Materials 2 Oktyabr 2013 07:54 (UTC +04:00)
BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu İranın son dövrlərdə nüvə proqramı ilə bağlı mülayim mövqe nümayiş etdirməsini hədəfə alıb.
Netanyahu İranı Suriyada günahsız insanların qətlə yetirilməsində də təqsirli bilir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu İranın son dövrlərdə nüvə proqramı ilə bağlı mülayim mövqe nümayiş etdirməsini hədəfə alıb.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, çıxışının əsas hissəsini İrana ayıran B.Netanyahu İsrailin təkbaşına qalsa belə, bu ölkənin nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib.

Baş nazir beynəlxalq ictimaiyyəti İrana qarşı təzyiqləri daha da artırmağa çağırıb: "Kaş ki, biz də digərləri kimi Prezident Həsən Ruhaninin sözlərinə inana biləydik".

B.Netanyahu İranın Suriyada günahsız insanların qətlə yetirilməsinə şərik olduğunu da deyib.

Xəbər lenti

Xəbər lenti