...

Səfir: İranın xarici işlər nazirinin Azərbaycana səfərinin prezident seçkilərindən sonra baş tutacağı ehtimal olunur

Siyasət Materials 2 Oktyabr 2013 13:18 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri ölkədə keçiriləcək prezident seçkilərindən sonra baş tutacağı ehtimal olunur.
Səfir: İranın xarici işlər nazirinin Azərbaycana səfərinin prezident seçkilərindən sonra baş tutacağı ehtimal olunur

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri ölkədə keçiriləcək prezident seçkilərindən sonra baş tutacağı ehtimal olunur. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Trend-ə bildirib.

Pakayin əlavə edib ki, Zərif Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın növbəti iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Onun sözlərinə görə, hazırda iki ölkənin diplomatları komissiyanın növbəti iclasının vaxtının müəyyənləşməsi üzrə iş aparırlar.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məhəmmədyarov sentyabrın 28-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşərək onu Azərbaycana rəsmi səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti