...

Prezident seçkilərini müşahidə edəcək GUAM missiyası Azərbaycana gəlir

Siyasət Materials 7 Oktyabr 2013 12:40 (UTC +04:00)
Prezident seçkilərini müşahidə edəcək GUAM missiyası bazar ertəsi Azərbaycana gəlir.
Prezident seçkilərini müşahidə edəcək GUAM missiyası Azərbaycana gəlir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Prezident seçkilərini müşahidə edəcək GUAM missiyası bazar ertəsi Azərbaycana gəlir. Bu barədə Trend-ə açıqlamasında missiyaya rəhbərlik edən təşkilatın Baş katibi Valeri Çeçelaşvili bildirib.

Çeçelaşvili deyib: ""GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat"ı Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyanın tərkibini artıq formalaşdırıb. Onun tərkibinə Ukrayna və Gürcüstan parlamentlərindən olan deputatlar daxil edilib".

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti