...

GUAM və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı əməkdaşlığa dair razılığa gəliblər (FOTO)

Siyasət Materials 8 Oktyabr 2013 12:20 (UTC +04:00)
GUAM təşkilatı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı əməkdaşlığa dair memorandum imzalayıblar.
GUAM və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı əməkdaşlığa dair razılığa gəliblər (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

GUAM təşkilatı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı əməkdaşlığa dair memorandum imzalayıblar.

Trend-in məlumatına görə, sənədi GUAM-ın baş katibu Valeri Çeçelaşvili və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov oktyabrın 8-də Bakıda imzalayıblar.

Memorandumun imzalanmasından sonra F. Muradov qeyd edib ki, iki təşkilatın əməkdaşlığı iqtisadiyyat və humanitar sahələri, xüsusilə işgüzar insanların görüşünü, mədəni və idman təbdirlərinin təşkilini əhatə edəcək.

V. Çeçelaşvili isə deyib ki, getdikcə dünyada GUAM-ın nüfuzu artır: "Daha çox ölkə və təşkilat GUAM-la əməkdaşlığa maraq göstərir".

GUAM-ın baş katibi vurğulayıb ki, əməkdaşlığa dair memorandumun imzalanması bu istiqamətdə atılan daha bir addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti