...

Prezidentliyə namizəd Araz Əlizadə səsvermədə iştirak edib (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 11:25 (UTC +04:00)
Azərbaycan prezidentliyinə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə səs verib.
Prezidentliyə namizəd Araz Əlizadə səsvermədə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan prezidentliyinə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə səs verib.

Trend-in məlumatına görə, A. Əlizadə 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsinə gəlib.

Səsvermədən sonra A. Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, səsvermə prosesi şəffaf keçirilir, hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmayıb.

O, seçki təşviqatı zamanı yol verilən "qara piar"ların seçki prosesinə təkan verdiyini də bildirib.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti