...

GUAM baş katibi Azərbaycandakı prezident seçkilərində səsvermə prosesini yüksək qiymətləndirir

Siyasət Materials 9 Oktyabr 2013 11:56 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərinə hazırlıq yaxşı səviyyədə aparılıb.
GUAM baş katibi Azərbaycandakı prezident seçkilərində səsvermə prosesini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda prezident seçkilərinə hazırlıq yaxşı səviyyədə aparılıb. Bu barədə Trend-ə açıqlamasında GUAM-ın baş katibi, bu təşkilatın Müşahidə Missiyasının rəhbəri Valeri Çeçelaşvili bildirib.

Çeçelaşvili deyib: "Mən də daxil olmaqla GUAM-dan olan müşahidəçilər bir sıra seçki məntəqəsinə baş çəkdik və orada seçkilərə yaxşı hazırlığın şahidi olduq. Ümumilikdə mənim qiymətləndirməm müsbətdir. Biz gördüklərimizdən çox məmnunuq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti