...

Almaniya Bundestaqının keçmiş üzvü: Azərbaycanda seçki məntəqələrində səsvermə üçün yaxşı şərait yaradılıb

Siyasət Materials 9 Oktyabr 2013 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr / Trend, müxbir V.Javoronkova /

Azərbaycanda prezident seçkilərində səsvermə üçün seçki məntəqələrində yaxşı şərait yaradılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Trend-ə Azərbaycan-Almaniya Assosiasiyasının nümayəndəsi, Almaniya Bundestaqının keçmiş üzvü Uolter Kolbou bildirib.

"Biz altı seçki məntəqəsində olduq, onlarda çox yüksək seçici fəallığı müşahidə olunurdu". O əlavə edib ki, "adamlar səs vermək istəyirdilər və belə imkana malik olduqlarına görə şad idilər".

Onun sözlərinə görə, seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələrini görmələri təsir bağışlayan fakt idi.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti