...

Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib

Siyasət Materials 22 Oktyabr 2013 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" dəyişiklik layihəsi müzakirə olunub. Trend-in məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 9.2-ci maddəsində edilən dəyişikliyə əsasən, maddə yenilənib bu redaksiyada veriləcək: "Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti