Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
NATO 2015-ci ildə İspaniya, Portuqaliya və İtaliya ərazisində quru qoşunları, hava və dəniz qüvvələrinin iştirakı ilə iriqmiyaslı hərbi təlimlər keçirəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen deyib.
O, Brüsseldə NATO-ya üzv olan 28 ölkənin müdafiə nazirlərinin ikigünlük görüşünün birinci gününün yekunları üzrə jurnalistlərə deyib: "Biz bu gün bu təlimlərin konsepsiyasını bəyəndik".
Baş katibin sözlərinə görə, 2016-cı ildən etibarən hərbi təlimlər NATO qoşunlarının hazırlığı məqsədilə mütəmadi olaraq keçiriləcək.