...

Pan Gi Mun: Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir

Siyasət Materials 23 Oktyabr 2013 11:06 (UTC +04:00)
BMT-nin Baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilati Günü münasibətilə müraciət yayıb.
Pan Gi Mun: Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir S.Əhmədova /

BMT-nin Baş katibi Pan Gi Mun 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilati (BMT) Günü münasibətilə müraciət yayıb. Trend-in məlumatına görə, bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən bildirilib.

Pan Gi Mun qeyd edib: "Birləşmiş Millətlər Təşkilatı Günü bu təşkilatın sülh və ümumi tərəqqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir. Bu gün daha yaxşı dünyaya baxışımızı gerçəkləşdirmək, edə biləcəyimiz daha hansı işləri düşünmək üçün müvafiq vaxtdır".

Baş katibin sözlərinə görə, təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşdır:

"Milyonlarla insan həyatının xilası BMT-nin humanitar məsələlərlə məşğul olan heyətindən asılıdır. BMT ekspertləri Suriyadakı silah ehtiyatlarının məhv edilməsi üçün Nobel Sülh Mükafatına layiq görülmüş Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatla əl-ələ çalışırlar. Biz, həmçinin kifayət qədər uzun çəkən iztiraba son qoymaq üçün diplomatik həll yoluna təkid edirik".

Pan Gi Mun qeyd edib ki, ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir.

Onun sözlərinə görə, Minilliyin İnkişaf Məqsədləri yoxsulluğu yarıya qədər azaltmışdır.

Baş katib qeyd edib ki, hazırda əldə olunan nailiyyəti bu səviyyədə saxlamalı, 2015-ci ildən sonrakı inkişaf çərçivəsini müəyyən etməli və iqlim dəyişikliyi məsələsində anlaşmaya nail olmalıyıq:

"Bu il biz yenidən Birləşmiş Millətlər Təşkilatının silahlı münaqişə, insan hüquqları, ətraf mühit və bir çox digər məsələlər üzrə bir araya gəlməsini görürük. Biz kollektiv fəaliyyətin nələr edə biləcəyini dünyaya göstərməkdə davam edirik. Biz daha çox şeylər edə bilərik".

Pan Gi Mun qeyd edib: "Hər şeyin bir-biri ilə qarşılıqlı əlaqəsini təcəssüm etdirən qloballaşan dünyada biz daha da birləşməliyik. Gəlin, Birləşmiş Millətlər Təşkilatı Günündə təməl ideyalarımıza uyğun yaşamağa söz verək və sülh, inkişaf və insan hüquqları naminə birlikdə çalışaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti