...

Azərbaycanda müəllimlərin əməkhaqları iki dəfəyədək artrılacaq

Siyasət Materials 25 Oktyabr 2013 11:15 (UTC +04:00)
Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.
Azərbaycanda müəllimlərin əməkhaqları iki dəfəyədək artrılacaq

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.

Trend-in məlumatına görə, bu, ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulur. Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üün mexanizmlər hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti