...

İlham Əliyevin Belarusa səfəri başa çatdı

Siyasət Materials 25 Oktyabr 2013 20:37 (UTC +04:00)
MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri oktyabrın 25-də başa çatdı.
İlham Əliyevin Belarusa səfəri başa çatdı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri oktyabrın 25-də başa çatdı.

Minsk şəhərinin Milli Aeroportunda Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti