...

Herman van Rompuy: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr daha da dərinləşəcək

Siyasət Materials 28 Oktyabr 2013 19:51 (UTC +04:00)
Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Herman van Rompuy: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr daha da dərinləşəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr "Şərq tərəfdaşlığı" çərçivəsində daha da dərinləşəcək və bu əməkdaşlıq Azərbaycan xalqının rifahının yaxşılaşmasına kömək edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti