...

Abdullah Gül: Türkiyə Avropa İttifaqına üzvlüyü istəməyə bilər

Siyasət Materials 5 Noyabr 2013 15:39 (UTC +04:00)
Ola bilsin ki, Türkiyə Avropa İttifaqına üzv olmaq istəməyəcək. Trend-in çərşənbə axşamı "TRT Haber” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.
Abdullah Gül: Türkiyə Avropa İttifaqına üzvlüyü istəməyə bilər

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Ola bilsin ki, Türkiyə Avropa İttifaqına üzv olmaq istəməyəcək. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.

Prezidentin sözlərinə görə, ehtimal ki, Türkiyə gələcəkdə Norveçin yolunu seçəcək.

Bir müddət əvvəl Türkiyənin Aİ işləri üzrə naziri Egemen Baxış bəyan edib ki, Türkiyənin Avropa İttifaqına daxil olmasına siyasi əngəllər mane olur.

Onun sözlərinə görə, Türkiyənin Avropa İttifaqına daxil olması müddətinin uzadılması ölkə vətəndaşlarının bu struktura etimadının itməsinə gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti