Azərbaycan, Bakı, 8 noyabr /Trend/
BMT və Kimyəvi Silahların Yayılmaması Təşkilatının (KSYT) birgə missiyası Suriyada kimyəvi silahların tapıldığı bildirilən 23 ərazidən 22-də yoxlamaları başa çatdırıb.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, BMT baş katibinin sözçüsü Ferhan Hak mətbuat konfransında bildirib ki, birgə missiyanın təhlükəsizlik səbəbindən daha əvvəl gedə bilmədiyi Hələbə səfərindən sonra yoxlama aparılan yerlərin sayı 22-yə çatıb.