...

Dominikan mətbuatında "Azərbaycanda seçkilər" adlı məqalə dərc olunub

Siyasət Materials 15 Noyabr 2013 11:30 (UTC +04:00)
Dominikan Respublikasının "Vision Dominicana" elektron jurnalında "Azərbaycanda seçkilər" adlı məqalə dərc olunub.
Dominikan mətbuatında "Azərbaycanda seçkilər" adlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 15 noyabr / Trend, müxbir S.Əhmədova/

Dominikan Respublikasının "Vision Dominicana" elektron jurnalında "Azərbaycanda seçkilər" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalənin müəllifi Manolo Piçardo Latın Amerika və Karib Hövzəsi Siyasi Partiyaların Daimi Nümayəndəliyindən (COPPPAL) müşahidəçi kimi oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edib: "Biz müxalifət namizədlərini dinləmək və seçkiqabağı mühiti öyrənmək üçün şəhərdə olduq".

M.Piçardonun sözlərinə görə, küçələrdə seçki reklam kampaniyaları yox idi və yalnız seçki orqanları tərəfindən müəyyən olunmuş yerlərdə təbliğat aparıla bilərdi: "Biz ora çatdığımız vaxtda artıq seçki kampaniyası qurtarmışdı və qoyulan qaydalara əməl edilirdi. Prezidentliyə namizədlərdən biri mənə dedi ki, "bu ölkə belə qaydalara və intizama vərdiş edib".

Məqalə müəllifinin sözlərinə görə, seçki günündə qutular açılmazdan əvvəl nümayəndə heyəti seçkiləri müşahidə etmək üçün qruplara bölündü: "İlk saatlarda seçicilərin iştirakı az olsa da, daha sonra seçki məntəqələri önündə səs verməyə gələn insaların sayı artmağa başladı. Hər bir məntəqədə seçki rəsmilərinin və partiya nümayəndələrinin qarşısında şəffaf seçki sandıqları yerləşdirilmişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti